AzTv-də kanal direktoru işdən çıxarıldı - FOTO

AzTv-də kanal direktoru işdən çıxarıldı - FOTO

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Mədəniyyət kanalında rəhbər vəzifədə dəyişiklik baş verib.

NOCOMMENT.az xəbər verir ki, AzTV sədri Rövşən Məmmədovun əmri ilə Mədəniyyət kanalının direktoru Dilarə Səlimova vəzifəsindən azad edilib.

Onun yerinə isə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub.

Rəhbər dəyişikliyinin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Təyinatın hansı tarixdən qüvvəyə mindiyi barədə də məlumat açıqlanmayıb.


Konkret.az