Gəncə və Tovuzda məktəbli qızlar itkin düşdü

Gəncə və Tovuzda məktəbli qızlar itkin düşdü

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, Gəncə şəhəri Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Tovuzun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramova da ötən gün yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşüb.

Hər iki fakt üzrə araşdırma aparılır.