Göyçay rayonunda hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1190 kvadrat metr olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 kvadrat metr sahədə, ətrafında 700 kvadrat metr sahədə quru ot, kol-kos və məişət tullantıları, 1 ədəd telefon dirəyi və ərazidən keçən hava telefon xətti 80 panel metr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












