Gürcüstana gedənlərə ŞAD XƏBƏR: Bu tələblər LƏĞV EDİLDİ

Gürcüstana gedənlərə ŞAD XƏBƏR: Bu tələblər LƏĞV EDİLDİ

Gürcüstana girişdə PCR testi və tam peyvənd kursu haqqında arayış tələbi ləğv edilib.

NOCOMMENT Sputnik Georgia-ya istinadən xəbər verir ki, bu barədə hökumət tərəfindən qərar verilib.

Qərara əsasən, ölkəyə daxil olan istənilən xarici ölkə vətəndaşı son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini və tam peyvəndlənmə arayışını təqdim etmək öhdəliyindən azad olunub.

Qərar iyunun 15-dən etibarən qüvvəyə minib.