Gürcüstanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

Gürcüstanda koronavirusa 12 yeni yoluxma faktı qeydə alınıb.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 604-ə çatıb. Onların 240-ı sağalıb, 9-u isə ölüb.

Hazırda ölkə üzrə karantində 4 887, stasionar nəzarətdə isə 500 nəfər saxlanılır. Türkiyə və Ermənistandan Gürcüstana gətirilən 3 vətəndaş da vətəndə müalicə olunur.