Gürcüstanda koronavirusa 4 yeni yoluxma halı təsdiqlənib.
NOCOMMENT.az Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytına istinadən bildirir ki, qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 593-ə çatıb. Onların 223-ü sağalıb, 9-u isə ölüb.
Hazırda ölkə üzrə karantində 4 830, stasionar nəzarətdə isə 521 nəfər saxlanılır.












