Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 6 nəfər artaraq 610-a çatıb.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların 269-u sağalıb, 9-u isə dünyasını dəyişib. Hazırda ölkə üzrə karantində 4 919, stasionar nəzarətdə isə 497 nəfər saxlanılır.