Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 8 nəfər artaraq 623-ə çatıb.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların 288 nəfəri müalicə olunraq sağalıb, 9 nəfər isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 4 723, stasionar nəzarətdə isə 446 nəfər saxlanılır.