Gürcüstanda daha 3 nəfərdə koronavirus aşkarlanıb.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə bu virus infeksiyasına yoluxanların sayı 638-ə çatıb. Onların 317-si artıq sağalıb, 10-u ölüb.
Hazırda ölkə üzrə karantində 4 896, stasionar nəzarətdə isə 444 nəfər saxlanılır.












