Gürcüstanda koronavirusa yoluxanların sayı 1 nəfər artaraq 639-a çatıb.
NOCOMMENT.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 349 nəfər sağalıb, 11 nəfər isə dünyasını dəyişib.
Hazırda ölkə üzrə karantində 4 769, stasionar nəzarətdə isə 414 nəfər saxlanılır.












