Gürcüstanda koronavirusa üç yeni yoluxma faktı təsdiqlənib.
NOCOMMENT.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 411-ə çatıb. Onların 97-si sağalıb, 4-ü isə ölüb.
Ölkə üzrə karantində 5 015, stasionar nəzarətdə isə 573 nəfər saxlanılır.












