Gürcüstanda daha altı nəfərdə koronavirus aşkarlanıb.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 431-ə çatıb. Onların 114-ü sağalıb, 5-i isə ölüb.
Hazırda karantində 5 126, stasionar nəzarətdə isə 578 nəfər saxlanılır.












