Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda daha 12 nəfər koronavirusa yoluxub.

NOCOMMENT.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 456-ya çatıb. Onların 132-si sağalıb, 5-i isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 4 949, stasionar nəzarətdə isə 555 nəfər saxlanılır.