Gürcüstanda koronavirusa yoluxanların sayı 486-ya çatıb.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların 149-u sağalıb, 6-sı isə ölüb.
Hazırda ölkə üzrə karantində 4 833, stasionar nəzarətdə isə 571 nəfər saxlanılır.












