Gürcüstanda koronavirusdan ölən Bolnisi sakinidir

Gürcüstanda koronavirusdan ölən Bolnisi sakinidir

Gürcüstanda koronavirusdan dünyasını dəyişən beşinci pasiyent Bolnisi sakini olub.

NOCOMMENT.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Tbilisinin 1 saylı Universitet Klinikasından bildirilib. İki həftə xəstəxanada müalicə olunan 68 yaşlı kişi süni tənəffüs aparatına qoşulub və miokard infarktı keçirib.

Koronavirus infeksiyası pasiyentin vəziyyətini ağırlaşdırdığından onun həyatını xilas etmək mümkün olmayıb.