Gürcüstanda minlərə azərbaycanlı sürətli koronavirus testindən keçirilib

Gürcüstanda minlərə azərbaycanlı sürətli koronavirus testindən keçirilib

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneulidə 15 000, Bolnisidə isə 3400 nəfər şəxs sürtəli koronavirus testindən keçirilib.

NOCOMMENT.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, sürətli testlərə əsasən, bu vaxta qədər heç kimdə koronavirus aşkarlanmayıb, bu səbəbdən də həmin rayonlarda durumun daha da pisləşəcəyinə dair gözlənti yoxdur.