Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti “Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları” toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.
Müdafiə Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.












