Hökumət tədris ili ilə bağlı qərarını açıqladı

Hökumət tədris ili ilə bağlı qərarını açıqladı

Gürcüstanda 2019-2020-ci dərs ili bərpa olunmayacaq.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib. Onun sözlərinə görə, tədris prosesi distant formada aparılır.

Baş nazir qeyd edib ki, 12 illik təhsil müəssisələrində 12-ci sinid şagirdləri üçün dərs ili mayın 20-də, birinci siniflər üçün isə mayın 27-də başa çatacaq: “Digər şagirdlər dərs ilini iyunun 15-də başa vuracaq. Ali məktəblərə qəbul imtahanları isə adi rejimdə keçiriləcək və tarixlər iyunda elan ediləcək”.