İran ölkənin sərhədini pozan Ermənistana məxsus PUA-nı vurub.
NOCOMMENT unikal.org-a istinadən bildirir ki, bu, İran hərbçilərinin erməni dronunu vurduğu ilk hadisədir.
Rusiyanın ermənipərəst “Aviapro” resursu yazır ki, pilotsuz uçuş aparatı Azərbaycan-İran sərhədi yaxınlığında, Ərdəbil vilayətinin ərazisində məhv edilib.
Vurulan pilotsuz təyyarənin növü hələ açıqlanmır, lakin çox güman ki, söhbət artilleriya ilə sonrakı zərbələr üçün kəşfiyyat aparmalı olan drondan gedir.












