İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub

İranın Xuzistan əyalətinin Şüştər şəhərində noyabrın 5-də günorta saatlarında 4,3 bal gücündə zəlzələ olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Tehran Universiteti Seysmoloji Mərkəzindən bildiriblər.

Məlumata görə, yeraltı təkanların ocağı 22 km dərinlikdə yerləşib. İtki, xəsarət alanlar və dağıntılar barədə məlumat yayılmayıb.