İranda koronavirusa yoluxanların sayı yüz mini ötdü

İranda koronavirusa yoluxanların sayı yüz mini ötdü

İranda daha 78 nəfər koronavirusun qurbanı olub.

NOCOMMENT.az IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 6 418 nəfər olduğunu deyib. O bildirib ki, daha 1 680 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 101 650 nəfərə çatıb. K.Cahanpur 81 587 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib. O, həmçinin 2 735 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.