İrəvan Moskvanı 1997-ci ildə imzalanmış ikitərəfli müqaviləyə uyğun olaraq Ermənistanın suveren ərazisini müdafiə etməyə çağırır.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Ermənistanın suveren ərazisinə hücum olduğu üçün biz 1997-ci il ikitərəfli müqavilə çərçivəsində və qarşılıqlı öhdəliklər məntiqinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünü qorumaq çağırışı ilə Rusiyaya müraciət edirik”, – deyə Qriqoryan bildirib.
Qeyd edək ki, hazırda Ermənistan ordusu sərhəd istiqamətində hücuma cəhd edir və artilleriya tətbiq edir. Ordumuz düşmən təxribatının qarşısını almaq üçün sərt addımlar atır.












