Azərbaycanda ŞOK qətl

Azərbaycanda ŞOK qətl

Lənkəran Ağır Cinayətlər Məhkəməsində atasının qətlində təqsirləndirilən 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Bağırlı 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Biləsuvar rayonunun Təzəkənd kəndində baş verib. 1995-ci il təvəllüdlü E.Bağırlı yaşadığı evdə qardaşı Pərvizlə mübahisə edib. O, mübahisə zamanı qardaşını qorxutmaq istəyib və bu məqsədlə tövlədə olan, atasına məxsus ov tüfəngini götürərək qardaşını nişan alıb. Həmin vaxt hadisəni görən atası İqbal Bağırov tüfəngi Eyvazın əlindən almaq istəyib və bu məqsədlə tüfəngdən tutub. Mübahisə nəticəsində E.Bağırlının əli tüfəngin tətiyinə dəyib və atəş açılıb. Atəş nəticəsində ağır güllə yarası alan İqbal Bağırov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İ.Bağırov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb və Eyvaz saxlanılıb.\\oxu.az