İrəvanda atışma – bir avtoritet xəsarət aldı

İrəvanda atışma – bir avtoritet xəsarət aldı

Ermənistanın paytaxtı İrəvanda atışma olub.

NOCOMMENT.az-ın erməni mətbuatına istinadən məlumata görə, hadisə “Safo” adlı gözəllik salonunun qarşısında qeydə alınıb. Atışma zamanı 1 nəfər xəsarət alıb. O, tibb mərkəzinə yerləşdirilib. Qeyd edilir ki, yaralı kriminal aləmin üzvü – yerli avtoritetdir.

Hadisənin təfərrüatları açıqlanmır.