Ermənistanın paytaxtı İrəvanın Qarabağ küçəsində yanacaqdoldurma məntəqəsində partlayışın baş verməsi nəticəsində bir neçə nəfər yaralanıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı məlumat verib.
Bildirilib ki, partlayış səsi məntəqənin daxilindən eşidilib. Məntəqənin qarşısında bir maşın yanıb. Hadisə yerinə 6 yanğınsöndürmə avtomobili cəlb edilib.
Partlayışın səbəbi araşdırılır.












