İrəvandan İstanbula ilk uçuş gerçəkləşdi

İrəvandan İstanbula ilk uçuş gerçəkləşdi

Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.

NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu Ermənistanın “Fly One Armenia” aviadaşıyıcısı həyata keçirib.

Göyərtəsində 65 sərnişin olan “Airbus A320” yerli vaxtla saat 18:00-da Zvartnots Beynəlxalq Hava Limanından İstanbula uçub.

Məlumata görə ilkin mərhələdə İrəvandan İstanbula 2 saat 5 dəqiqə davam edən uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.