Noyabrın 13-də İstanbulun İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
Onun sözlərinə görə, ümumilikdə partlayışla bağlı 20-dən çox şəxs saxlanılıb və insidentdə terror qruplaşmaları da iştirak edib.
Xatırladaq ki, partlayışdan sonra əraziyə bombanı qoymaqda şübhəli bilinən bir qadının fotosu yayılıb.












