İtkin düşən 2 erməni əsgəri tapılıb

İtkin düşən 2 erməni əsgəri tapılıb

Rusiya sülhməramlıları itkin düşmüş hesab edilən iki nəfər Ermənistan vətəndaşını tapıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

Məlumata görə dekabrın 21-də Hadrut yaxınlığında tapılan iki nəfər Ermənistan vətəndaşı axtarış tədbirlərində iştirak edən Azərbaycan tərəfi ilə razılaşdırmaqla Ermənistana təhvil verilib.