“KamAZ” fotoqrafın avtomobilini vurub dərəyə atdı – FOTO

“KamAZ” fotoqrafın avtomobilini vurub dərəyə atdı – FOTO

Məşhur fotoqraf Səfiyar Məcnun qəzaya düşüb.

NOCOMMENT.az bildirir ki, bu barədə “Report”a özü məlumat verib.

O bildirib ki, qəza Şamaxıda “ASAN Xidmət”in qarşısında baş verib:

“Maşında 4 nəfər olmuşuq. Mən piyadaya yol vermək məqsədi ilə sürəti azaltmışdım, “KamAZ” da mənim maşınımı arxadan vurub dərəyə atdı. Xoşbəxtlikdən salamatlıqdır. Hamımız yaxşıyıq”.