2008-ci ilin mart hadisələrində təqsirləndirilən Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün səhər İzmirlyan Tibb Mərkəzinə köçürülüb.

NOCOMMENT.az ikinci prezidentin vəkillər qrupuna istinadən bildirir ki, Robert Köçəryan əməliyyat sonrası müayinə üçün tibb mərkəzinə köçürülüb. “Müayinənin nəticələrinə əsasən, sonrakı müalicənin xarakteri barədə qərar veriləcək”, – deyə prezidentin vəkilləri bildiriblər.
Xatırladaq ki, keçən ilin oktyabrında Köçəryan İzmirlyan Tibb Mərkəzində əməliyyat olunmuş və ondan şiş çıxarılmışdı.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, baş nazirin keçmiş müavini Armen Gevorqyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov 2008-ci il 1 mart faciəli hadisələrində iştirak etməkdə ittiham olunurlar. Təqsirləndirilənlərdən yalnız Robert Köçəryan həbsdədir.












