Keçmiş Sovet ölkələrində koronavirusa yoluxmada vəziyyət son ayda necə dəyişib

Keçmiş Sovet ölkələrində koronavirusa yoluxmada vəziyyət son ayda necə dəyişib

Bu gün aprelin 28-dir və tariximizdə indi işğal günü kimi tanına bu günü ölkəmiz uzun müddət Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi kimi qeyd etmişdi. Günün tarixiliyini də nəzərə alaraq bir ay öncə postsovet ölkələləri üçün etdiyimiz təhlili yenidən nəzərinizə çatdırırıq.

NOCOMMENT.az-ın bir ay əvvəl hazırladığı cədvəllə müqayisədə rəqəmlərin necə dəyişdiyini görə bilərsiniz. Rusiyadan verilən məlumatlara görə, xəsətəlik hələ pik həddinə çatmayıb, ona görə də tezliklə ölkədə koronavirusa yoluxanların 100 minlik həddi keçməsi və daha da çoxalması gözlənilir.

cədvəl - 27.03.2020
Keçmiş sovet ölkələrində koronavirusa yoluxma səviyyəsi, 28.03.2020

Bir ay ərzində Belarusun “inkişafı” gözdən yayınmır – ölkə başçısı Lukaşenko nə qədər iddia etsə də ki, “bizdə koronavirus yoxdur!”, COVİD-19 “Bəyaz Rusiya”nı bürüməkdədir. Qonşu Ukrayna və Moldovada da vəziyyət ürəkaçan deyil.

Əvəzində Pribaltika ölkələrində xəstəlik pik həddini keçdiyi üçün yoluxmalar da azalıb. Zaqafqaziya ölkələrində də xəstəliyin dinamikası zəifləyib. Tacikistan və Türkmənistan isə hələ də sərhədlərini infeksiyaya “bağlı” saxlayıblar.

Bu günə olan cədvəli diqqətinizə çatdırmaqla yuxarıdakı cədvəllə müqayisəni sizin ixtiyarınıza buraxırıq:

Keçmiş sovet ölkələrində koronavirusa yoluxma səviyyəsi, 28.04.2020