KTMT sülhməramlılarının Qazaxıstandakı missiyası başa çatıb

KTMT sülhməramlılarının Qazaxıstandakı missiyası başa çatıb

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb”.

NOCOMMENT xəbər verir ki, bunu KTMT sülhməramlıları kontingentinin komandanı, general-polkovnik Andrey Serdyukov söyləyib.

O, sülhməramlıların qısa müddətdə vətəndaşların təhlükəsizliyini təmin etdiyini, vəziyyətin sabitləşməsinə yardımçı olduğunu və həyati vacib obyektlərin fasiləsiz işləməsini təmin etdiyini vurğulayıb.

Yanvarın 13-də sülhməramlı kontingentin Qazaxıstan ərazisindən mərhələli şəkildə çıxarılmasına başlanılıb və bu bir neçə gün davam edəcək.