Laçından son görüntülər – VİDEO

Laçından son görüntülər – VİDEO

Caliber yutub kanalı Laçından xüsusi reportaj hazırlayıb.

NOCOMMENT xəbər verir ki, kanalın müxbiri Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının müşayiəti ilə Laçına yola düşüb.

Reрortajda qeyd edilir ki, Laçın şəhəri sanki 1992-ci ili xatırladır. Belə ki, buradakı bütün evlər, inzibati binalar, mağazalar köhnə və bərbad vəziyyətdədir. Hiss olunur ki, azərbaycanlılar buradan köçdükdən sonra sanki şəhər 30 ildir yuxuya qərq olub. Bu illər ərzində işğal altında olan Laçının infrastrukturunda heç bir dəyişiklik olunmayıb.