NOCOMMENT.az xəbər verir ki, Lənkəranda xüsusi karantin rejimi qaydalarını pozan 25 obyekt cərimələnib

Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində xidməti avtomobillərdə səsgücləndiricilər vasitəsilə əhaliyə səslənir, karantin rejiminin qaydalarına riayət edərək sağlamlıqlarını qorumağa dəvət edirlər.












