Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Şulaveri kəndində keçirilən etiraz aksiyası başa çatıb.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, etirazçılarla hökumət nümayəndələri arasında razılıq əldə edilib. Gürcüstan Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Tengiz Kalandadzenin sözlərinə görə, kəndlilərdən məhsul alışı qiyməti iki dəfə artırılıb və əraziyə yükləmə üçün əlavə yük maşınları gələcək. Razılıq əldə ediləndən sonra etirazçılar Şulaveri-Marneuli magistral yolunu açıblar.
Aksiyanın insidentsiz başa çatdığı bildirilir.
APA












