MN: Düşmən nizamsız qaydada döyüş meydanından geriyə çəkilir

MN: Düşmən nizamsız qaydada döyüş meydanından geriyə çəkilir

“Ordumuzun arsenalında olan yüksək dəqiqlikli texnoloji vasitələr və silahlar genişmiqyaslı taktiki təlimlərdə tətbiq olunub”.

NOCOMMENT.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

MN rəsmisi onların imkanlarının əməliyyatlarda birgə istifadəsi hərbi qulluqçularımız tərəfindən tam olaraq mənimsənildiyini qeyd edib: “Hazırda Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin 30 illik müddətində müdafiə həddi, döyüş təcrübəsi heç bir işə yaramır. Düşmənin idarəetmə sistemi iflic vəziyyətdədir. Onların bölmələri nizamsız qaydada döyüş meydanından geriyə çəkilir”.