MN: Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib

MN: Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

“Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq”, – deyə məlumatda vurğulanıb.