Gürcüstanda milyonlarla seçicinin şəxsi məlumatı oğurlanaraq hakerlərin məşhur forumunda paylaşılıb.
NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.
Bildirilir ki, adı çəkilən saytda ölən vətəndaşlar da daxil olmaqla, ümumilikdə 4 934 863 milyon Gürcüstan vətəndaşının şəxsi məlumatları yerləşdirilib. Məlumatlar arasında seçicilərin ad və soyadı, ev ünvanı, doğum tarixi, mobil və ev telefonu nömrələri yer alıb. Məlumatın sayta martın 29-da yerləşdirildiyi və Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytına edilən haker hücumu nəticəsində ələ keçirildiyi bildirilib.
Gürcüstan Daxili İşlər nazirliyi faktla əlaqədar müvafiq araşdırmaların başladıldığını açıqlayıb.












