Naxçıvan istiqamətində təxribat törədən erməni hərbçi ÖLDÜ

Naxçıvan istiqamətində təxribat törədən erməni hərbçi ÖLDÜ

Ermənistan ordusu Azərbaycanla dövlət sərhədinin Sədərək rayonu istiqamətində atəşkəs rejimini pozub.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Arazdəyən kəndi istiqamətində təxribat törədən erməni hərbçi, 1982-ci il təvəllüdlü kiçik çavuş Qeqam Saakyan aldığı güllə yarasından ölüb.

Hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Əlavə məlumat verilməyib.