Paşinyanın deputatları qorxudan cangüdənlə gəzirlər

Paşinyanın deputatları qorxudan cangüdənlə gəzirlər

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlar təhlükəsizliklərinin təmin edilməsini istəyiblər.

NOCOMMENT yenisabah- istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

Ermənistan qəzeti öz mənbələrinə istinadən yazır: “Son vaxtlar parlamentdə baş verən hadisələr zamanı müxalifətçiləri döymək və təhqir etməkdə digərlərindən daha fəal olan millət vəkilləri, təhlükəsizliyini təmin etmək üçün hüquq -mühafizə orqanlarına müraciət ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları evlərinə qədər müşayiət olunan bu deputatlara cangüdənlər təhkim edib. Hakim rejim öz təhlükəsizliyindən getdikcə daha çox narahatdır, təkcə xüsusi mühafizə olunan şəxslər üçün deyil, digər dövlət məmurları üçün də dövlət büdcəsi hesabına müvafiq tədbirlər həyata keçirir”.