Adətən əhalisinin sağlamlığı və uzunömürlülüyü ilə fəxr edən Qafqaz ərazisi də koronavirusun əsarəti altındadır. Ərazinin 3 böyük ölkəsində xüsusi karantin rejimlərinin elan olunmasından sonra vəziyyəti nəzarətə almaq mümkün olsa da, şimalda xəstəlik sürətlə yayılmaqdadır.

NOCOMMENT.az bu gün saat 12:00 üçün Qafqaz ölkələrinin statistikasını tərtib edib. Cədvəldən göründüyü kimi, ərazidə olan bütün inzibati rayonlarda yoluxma halları qeydə alınıb. Əhalinin sıx yaşadığı yerlərdə, karantin rejimlərinə məhəl qoyulmadığı regionlarda ölüm faktları da yer alıb. Xüsusilə də, Dağıstan və İnquşetiya kimi kompakt ərazi vahidlərində ölüm faktlarının çoxluq təşkil etməsi diqqətdən qaçmır.
Maraqlıdır ki, Rusiyanın Dağıstan, İnquşetiya və Krasnodar diyarı kimi inzabitə bahidləri yoluxma sayına görə müstəqil Gürcüstanı üstələyiblər. Bu ərazilərdə ölüm sayı da Gürcüstandan yüksəkdir.
Yoluxma və ölüm sayına görə Qafqazda “liderlik” Ermənistana məxsusdur. Azərbaycan isə xəstəlikdən sağalanların siyahısına başçılıq edir.
Təqdim etdiyimiz cədvəlin sonunda Qafqazda yerləşən və heç bir ölkə tərəfindən tanınmayan qondarma ərazi vahidləri üzrə statistika da verilib. Xatırladaq ki, Qarabağda artıq 8 nəfər koronavirusa yoluxub.












