Azərbaycan Milli Xalça Muzeyi “Qarabağ xalça xəritəsi” hazırlayıb.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı muzeyin direktoru Şirin Məlikova “Facebook” hesabında məlumat verib.
Şirin Məlikov Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələrinin olduğunu qeyd edib:
“Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdiriblər.













