Qarabağdakı separatçı tör-töküntülərindən beş nəfər Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb.
NOCOMMENT konkret-ə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun “rəsmi saytı” məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün səhər, avqustun 23-də Qarabağın “parlament qüvvələrinin beş rəhbəri” Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb.
Görüşün keçirilməsinə səbəb Rusiya Federasiyasının Ermənistandakı müşaviri Maksim Seleznyovun son bəyanatı və avqustun əvvəlində yaranan təhlükəsizlik məsələləri olub.
Yuxarıda qeyd olunan məsələlərlə bağlı keçirilən görüşdə Rusiya Federasiyasının sülhməramlı kontingentinin məsul şəxsləri izahat veriblər.












