Qarabağda Fövqəladə Vəziyyət Rejimi tətbiq olunub

Qarabağda Fövqəladə Vəziyyət Rejimi tətbiq olunub

Aprelin 12-də axşam saatlarında qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” Bako Saakyan yeni koronavirusun yayılmasının qarşısını almaq üçün işləri əlaqələndirən idarələrarası komissiyanın geniş iclasını keçirib.

NOCOMMENT.az “respublika başçısı”nın mətbuat xidmətinə istinadən bildirir ki, iclasda qanunverici, icra və məhkəmə orqanlarının nümayəndələri iştirak edib. Prezident respublika vətəndaşlarına müraciət ünvanlayıb və yeni koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və əhalini koronavirus pandemiyası təhlükəsindən qorumaq üçün “ölkə”də fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında sərəncam imzaladığını bildirib.