Qarabağdakı qanunsuz hərbi birləşməyə “rəhbər” təyin edildi

Qarabağdakı qanunsuz hərbi birləşməyə “rəhbər” təyin edildi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz hərbi birləşməyə yeni “rəhbər” təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Məlumata görə, erməni general-mayor Kamo Vardanyan bu “vəzifəyə” təyin olunub.

Vardanyan 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlar Akademiyasını, 2019-cu ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.
Modern.az