Qazaxıstandakı sülhməramlıların komandanı məlum oldu

Qazaxıstandakı sülhməramlıların komandanı məlum oldu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlılarının komandanı məlum olub.

NOCOMMENT.az report-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, KTMT sülhməramlılarına Rusiyanın Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdükov başçılıq edəcək.

Qeyd edək ki, 2015-ci ildə A.Serdükov Şərqi Ukraynanın işğalı zamanı Rusiya qoşunlarına komandanlıq edib.