Rusiya qoşunları Xarkov bölgəsində iki kəndi ələ keçirib və xeyli irəliləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın analitik monitorinq mərkəzi olan DeepState məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu Xarkov bölgəsindəki Otradne və Bologivka kəndlərini nəzarətə götürüb.
Bundan əlavə, Rusiya qüvvələri üç bölgədə irəliləyib.
Analitiklərə görə, Rusiya ordusu Xarkov bölgəsindəki Dvureçanske kəndi, Donetsk bölgəsindəki Krasnıy Lyman kəndi və Zaporojye bölgəsindəki Zelenıy Hay və Vısoke kəndləri yaxınlığında irəliləyib.
UNIAN-ın xəbər verdiyi kimi, Rusiya qüvvələri Zaporojye bölgəsində bir neçə irəliləyiş əldə edib. DeepState analitikləri bir gün əvvəl Rusiya tankı və zirehli personal daşıyıcısının Novodanilovkaya keçməyə cəhd etdiyini bildiriblər.












