Rusiya Türkiyə ilə hava əlaqəsini məhdudlaşdırmağa hazırlaşır.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, aprelin 15-dən etibarən iki ölkə arasında mütəmadi və çarter reysləri dayandırılacaq.
Məlumata görə uçuşlara qadağa iyunun 1-dək qüvvədə olacaq.
Qeyd edək ki, Rusiyadan Türkiyəyə uçuşların məhdudlaşdırılmasının səbəbi qardaş ölkədə koronavirusa yoluxanların sayının kəskin şəkildə artmasıdır.












