Salyanda gənc oğlan Kür çayında batıb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, 15 yaşlı gənc (ad və soyad dəqiqləşdirilir-red) Kür çayına düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib, axtarış işləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.“Report”












