Samuxda avtomobil piyadanı vuraraq öldürdü

Samuxda avtomobil piyadanı vuraraq öldürdü

Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Çobanabdallıda qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Natiq Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb./Report